...

Bakıda 11 sentyabr terror qurbanlarının xatirəsi anılıb

Siyasət Materials 11 Sentyabr 2012 17:48 (UTC +04:00)
Bu gün ABŞ səfirliyinin icma üzvləri, IREX Azərbaycan və Amerika Şurasının nümayəndələri, habelə UGRAD və FLEX proqramlarının məzunları 11 sentyabr 2001-ci il tarixində Nyu York və Vaşinqton şəhərlərində törədilmiş terror hücumlarının ildönümünü anmaq məqsədilə ictimai xidmət günündə iştirak ediblər.
Bakıda 11 sentyabr terror qurbanlarının xatirəsi anılıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün ABŞ səfirliyinin icma üzvləri, IREX Azərbaycan və Amerika Şurasının nümayəndələri, habelə UGRAD və FLEX proqramlarının məzunları 11 sentyabr 2001-ci il tarixində Nyu York və Vaşinqton şəhərlərində törədilmiş terror hücumlarının ildönümünü anmaq məqsədilə ictimai xidmət günündə iştirak ediblər.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, könüllülər ABŞ səfirliyinin icma üzvləri adından Azərbaycan Küçə Uşaqları Sığınacağı üçün ianələr çatdırıb, yeni yataqlar və qurğuları yerləşdirməklə öz vaxt və xidmətlərini təklif ediblər. Səfir Riçard Morninqstar sığınacağa baş çəkib və çıxış edərək terror qurbanlarını anıb.

Prezident Obamanın xidmət üçün ümumi çağırışı ruhunda 2009-cu il Edvard Kennedi Amerikaya Xidmət Aktı tərəfindən 11 sentyabr Milli Xidmət və Anma Günü elan edilib.

Amerikalılar bu faciəvi hadisədən sonrakı günlərdə üstünlük təşkil edən həmrəylik və şəfqət hissini canlandırmaq üçün ehtiramlı və məhsuldar bir üsul olaraq öz yaşadıqları icmalarda xidmət göstərməyə çağırılırlar.

"Bu gün burada gördüyümüz işlər səfirliyimizin bu sığınacaqla birgə işləməklə və buradakı uşaqların həyatını bir az asanlaşdırmaqla Azərbaycan icmasına qarşılıqlı yardım etmək səylərini əks etdirir. Bizim bu sığınacaqdakı birgə səylərimiz ABŞ-Azərbaycan münasibətlərinin simvolu olmalıdır. Biz azərbaycanlı dostlarımızla birgə bu münasibətləri genişləndirmək və burada yaşayanların həyatlarını yaxşılaşdırmaq üçün çalışırıq", - səfir Morninqstar qeyd edib.

Bu ianələr üçün istifadə olunmuş vəsaitlərin böyük hissəsi 1995-ci ildə Tayvanda xidmət göstərərkən vəfat etmiş Xarici Xidmət rəisi Kirby Simonun xatirəsinə yaradılmış xeyriyyə fondu, J.Kirby Simon Xarici Xidmət Tresti tərəfindən təmin olunub.

Trest icma xidmətlərinin imkanlarını genişləndirmək, Xarici Xidmət işçilərinin, mütəxəssislərinin və onların ailələrinin professional və şəxsi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Trest Kirby Simonun həmkarları, dostları, qohumları və trestin missiyasında maraqlı olan digər şəxslərin ianələri ilə maliyələşdirilib.

Xəbər lenti

Xəbər lenti