...

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Suriyanın hərəkətini pisləyib

Siyasət Materials 4 Oktyabr 2012 09:29 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Türkiyənin Şanlıurfa şəhərinin atəşə tutulmasını pisləyib.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Suriyanın hərəkətini pisləyib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Türkiyənin Şanlıurfa şəhərinin atəşə tutulmasını pisləyib. Bu barədə cümə axşamı təşkilatdan Trend-ə daxil olan məlumatda deyilir.

Məlumatda bildirlir ki, İƏT Suriyanı mehriban qonşuluq prinsiplərinə riayət etməyə çağırır.

Qeyd edək ki, çərşənbə günü Suriya ərazisindən atılan mərminin Türkiyə ərazinə düşməsi nəticəsində 5 nəfər ölüb. Türkiyə KİV-in məlumatına görə, ərazi Suriyanın hökumət qüvvələri tərəfindən atəşə tutulub.

Türkiyə atəşə cavab olaraq dünən axşam Suriya ərazisinə zərbələr endirib. NATO və BMT Suriyadan Türkiyəyə qarşı istənilən aksiyanı dərhal dayandırmağı tələb edib. Suriya hakimiyyəti həlak olanların ailələrinə başsağlığı verib və insidenti araşdırmağa başlayıb.

Sentyabrın ortalarında da Türkiyə ərazisindəki bir neçə evə Suriya tərəfdən atılan mərmi düşmüşdü. Həmin vaxt üç nəfər yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti