...

İlham Əliyev Mahmud Əhmədinejadla görüşüb

Siyasət Materials 15 Oktyabr 2012 18:54 (UTC +04:00)
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb.
İlham Əliyev Mahmud Əhmədinejadla görüşüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadı qarşıladı.

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulandı, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. Dövlət başçıları Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə inkişafından məmnunluqlarını ifadə etdilər, əlaqələrin iqtisadi, ticarət, o cümlədən, enerji, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladılar. Xalqlarımız arasında mədəni, tarixi yaxınlığın əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə yaxşı zəmin yaratdığı bildirildi, ölkələrimiz arasında münasibətlərin inkişafının regional əməkdaşlığa töhfəsini verəcəyi qeyd olundu.

Əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayan prezidentlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirdilər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti