...

BŞİH "Fəvvarələr" meydanında aksiya keçirilməsi barədə müraciəti cavablandırıb

Siyasət Materials 17 Oktyabr 2012 17:09 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Parlament buraxılsın" kampaniyasının təşkilatçılarının oktyabrın 20-də paytaxtın "Fəvvarələr" meydanında aksiya keçirilməsi ilə bağlı müraciətini cavablandırıb.
BŞİH "Fəvvarələr" meydanında aksiya keçirilməsi barədə müraciəti cavablandırıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Parlament buraxılsın" kampaniyasının təşkilatçılarının oktyabrın 20-də paytaxtın "Fəvvarələr" meydanında aksiya keçirilməsi ilə bağlı müraciətini cavablandırıb.

Trend-in məlumatına görə, BŞİH gənclərin oktyabrın 20-də saat 15:00-da "Fəvvarələr" meydanında keçirmək istədikləri aksiyanı məqsədəuyğun hesab etməyib.

Şəhər İcra Hakimiyyəti təşkilatçılara Səbail rayonu, Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirməyi təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti