Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Azərbaycan deputatları Qənirə Paşayeva və Jalə Əliyeva "Heydər Əliyev və Mustafa Kamal Atatürk - Türk dünyasının ulu öndərləri", "Türkiyə-Azərbaycan: liderlik, siyasi irs və baxış" mövzularında konfranslarda iştirak etmək üçün noyabrın 6-dan 8-dək Türkiyədə səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, hər iki tədbir Ankara Dövlət Universitetində tələbə-gənclər təşkilatının təşəbbüsü ilə keçiriləcək.
Toplantıda Qənirə Paşayeva "Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı", Jalə Əliyeva isə "Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyev və Atatürk siyasi irsinin rolu" mövzusunda məruzələrlə çıxış edəcəklər.