...

Ramzan Kadırov: Azərbaycan Çeçenistan üçün qardaş ölkədir

Siyasət Materials 15 Noyabr 2012 11:32 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov cümə axşamı Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşüb.
Ramzan Kadırov: Azərbaycan Çeçenistan üçün qardaş ölkədir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov cümə axşamı Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşüb.

Trend-in məlumatına görə, Azərbaycan Parlamentində keçirilən görüşdə Oqtay Əsədov bildirib ki, Kadırovun Azərbaycana səfəri iki ölkə arasında əlaqələrə töhfə verəcək. O qeyd edib ki, Azərbaycanla Çeçenistan arasında dostluq əlaqələri uzun illərdir mövcuddur. Əsədov iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Milli Məclis sədri Dağlıq Qarabağ münaqişəsi barədə söz açaraq qeyd edib ki, Rusiya münaqişənin həll olunmasına cəlb olunmuş ATƏT-in Minsk qrupunun üzvüdür.

"Münaqişə həmsədr Rusiyanın səyləri nəticəsində həll oluna bilər. Biz buna ümidimizi itirməmişik", - spiker deyib.

Kadırov görüşdə bildirib ki, Azərbaycan Çeçenistan üçün qardaş ölkədir.

"Sizin üzləşdiyiniz problemlərlə biz də üzləşmişik. Bizim ölkəmizdə də çoxlu qaçqınlar var, vaxtıilə çoxlu mülki vətəndaşlar itirmişik, lakin indi deyə bilərik ki, Çeçenistan Rusiyanın ən sakit bölgələrindən biridir", - Kadırov deyib.

O, bundan sonra da iki ölkə arasında münasibətlərin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti