Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov noyabrın 15-də yenidən zəlzələ bölgəsinə gedib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Heydərov zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərində olub, qəzalı vəziyyətdə olan evlərlə, tikinti işlərinin gedişi ilə maraqlanıb.
Balakən rayonundakı Püştətala kənd ibtidai məktəbinin, Zaqatala rayonundakı Mamrux və Faldar kənd tam orta məktəblərinin açılışlarında iştirak edən fövqəladə hallar naziri, həmçinin, həmin kəndlərdə tikintisi başa çatan mənzillərin açarlarını da sakinlərə təqdim edib.