Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyədə "Patriot" zenit-raket komplekslərinin batareyaları 2013-cü ilin ilk günlərində yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "CNN Turk" telekanalı Almaniya hökumətindəki mənbəyə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Türkiyədə "Patriot" ZRK-nın quraşdırılması Almaniyaya 25 milyon dollara başa gələcək.
"Patriot" batareyalarının Türkiyədə 2014-cü ilin yanvarınadək qalacağı gözlənilir.
Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyə NATO-dan altı "Patriot" batareyası alacaq. Onları Almaniya, Niderland və ABŞ verəcək.