...

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Siyasət Materials 14 Yanvar 2013 18:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.

"Ölkənizdə törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Bu hadisələr, eyni zamanda, terrorizmə qarşı mübarizədə davamlı və birgə səylər göstərilməsi zərurətini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti