...

Elmar Məmmədyarov Tacikistanın yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 16 Yanvar 2013 18:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın ölkəmizə yeni təyin olunmuş səfiri Zohir Saidovu qəbul edib.
Elmar Məmmədyarov Tacikistanın yeni səfiri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın ölkəmizə yeni təyin olunmuş səfiri Zohir Saidovu qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, etimadnaməsinin surətini Məmmədyarova təqdim edən tacikistanlı səfir Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb.

Nazir Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edib.

Görüşdə ölkələr arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri yeni təyinatı ilə bağlı səfiri təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti