...

Ermənistanın xüsusi xidmət orqanları prezidentliyə namizədə sui-qəsddə şübhəli bilinənlərin adlarını açıqlayıb

Siyasət Materials 8 Fevral 2013 15:31 (UTC +04:00)
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) həyata keçirdiyi operativ axtarış tədbirləri nəticəsində prezidentliyə namizəd Paruyr Hayrikyana qarşı sui-qəsddə şübhəli bilinən bir neçə nəfər həbs edilib.
Ermənistanın xüsusi xidmət orqanları prezidentliyə namizədə sui-qəsddə şübhəli bilinənlərin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) həyata keçirdiyi operativ axtarış tədbirləri nəticəsində prezidentliyə namizəd Paruyr Hayrikyana qarşı sui-qəsddə şübhəli bilinən bir neçə nəfər həbs edilib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, fevralın 7-də həbs edilənlər Yerevanda qanunsuz yaşayan, məşğuliyyəti olmayan, vaxtilə qanunsuz narkotik ticarətinə görə məhkum olunan Xaçatur Poqosyan (1996-cı il təvəllüdlü) və Samvel Arutyunyandır (1972-ci il).

MTX-nin məlumatına görə, Poqosyan və Arutyunyan sui-qəsdlə bağlı etiraf xarakterli ifadələr veriblər. Sui-qəsdin səbəbləri yoxlanılır, ictimaiyyət istintaqın gedişatı barədə məlumatlandırılacaq.

Qeyd edək ki, yanvarın 31-də Hayrikyana qarşı sui-qəsd törədilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti