...

Türkiyədə dörd yüksək rütbəli zabit həbs edilib

Siyasət Materials 15 Fevral 2013 12:25 (UTC +04:00)
Türkiyədə istefada olan dörd yüksək rütbəli zabit 1997-ci il fevralın 28-də hərbi çevrilişlə bağlı iş üzrə həbs edilib.
Türkiyədə dörd yüksək rütbəli zabit həbs edilib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə istefada olan dörd yüksək rütbəli zabit 1997-ci il fevralın 28-də hərbi çevrilişlə bağlı iş üzrə həbs edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

İstefada olan general-mayor Ayxan Cansevər, istefada olan briqada generalı Rəfiq Zeytinci və Mətin Yaşar Yüksələn və istefada olan polkovnik Cengiz Koşal həbs olunanlar arasındadır.

1997-ci il hərbi çevrilişi ilə bağlı iş üzrə artıq bir sıra istefada olan hərbçilər, habelə jurnalistlər saxlanılıb.

Qeyd edək ki, 1997-ci il 28 fevral hadisəsi Türkiyədə "postmodernist çevriliş" adlandırılır. Çünki hərbçilər bu zaman 1980-ci ildə olduğu kimi silahdan istifadə etməyiblər. Lakin ordu öz hərəkətləri ilə hakim partiyaya və başqa siyasi qüvvələrə təzyiq edib. Nəticədə o zamankı Baş nazir Nəcməddin Ərbakan istefa barədə qərar imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti