...

İranın İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankı dələduzluqda ittiham olunur

Siyasət Materials 11 Mart 2013 18:41 (UTC +04:00)
İranın İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankı bu yaxınlarda baş vermiş maliyyə fırıldağında əhəmiyyətli rol oynayıblar. Trend-in bazar ertəsi "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn Möhsüni Əjeyi bildirib.
İranın İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankı dələduzluqda ittiham olunur

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbirlər E.Tariverdiyeva, F.Mehdi/

İranın İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankı bu yaxınlarda baş vermiş maliyyə fırıldağında əhəmiyyətli rol oynayıblar. Trend-in bazar ertəsi "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn Möhsüni Əjeyi bildirib.

"Əgər İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankı öz öhdəliklərini layiqincə yerinə yetirsəydilər, bu qədər böyük həcmdə maliyyə korrupsiyası olmazdı. Əgər qabaqlayıcı tədbirlər görməsək, belə hallar gələcəkdə təkrarlana bilər", - o qeyd edib.

"2012-ci ilin iyul ayında bank fırıldaqlarında təqsirləndirən 4 iranlı edam edilib. Onlar 2,8 milyard dollar həcmində ziyan vurmuşdular", - Əjeyi deyib.

O əlavə edib ki, bank fırıldağı işi üzrə daha iki nəfər ömürlük azadlıqdan məhrum edilib, təqsirləndirilən şəxslərin bəziləri isə 25 il həbs cəzası alıblar.

Bu iş üzrə ümumilikdə 39 nəfər həbs edilib.

Məhkəmə prosesi fevralın 19-da başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti