...

ATƏT-in baş katibi: Azərbaycan regionda vacib oyunçudur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Mart 2013 16:10 (UTC +04:00)
Azərbaycan regionda və ATƏT ölkələri arasında vacib oyunçudur və təşkilatın iştirakçı ölkələri arasında çox fəal rol oynayır.
ATƏT-in baş katibi: Azərbaycan regionda vacib oyunçudur (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:29-da yayılıb)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbirlər E.Tariverdiyeva, E.Mehdiyev/

Azərbaycan regionda və ATƏT ölkələri arasında vacib oyunçudur və təşkilatın iştirakçı ölkələri arasında çox fəal rol oynayır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in baş katibi Lamberto Zannier cümə günü Bakıda keçirilən brifinqdə bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyəti daxil olmaqla, ATƏT Azərbaycan üçün vacib olan məsələlərdə əhəmiyyətli rol oynayır", - Zannier deyib.

Onun sözlərinə görə, ATƏT-in Bakı ofisinin fəaliyyəti bir çox illər ərzində uğurlu olub və çox şey əldə olunub.

"Hazırda biz fəaliyyətimizi davam etdirməyin ən yaxşı üsulunun müzakirəsi prosesindəyik", - Zannier bildirib.

Baş katib deyib ki, ATƏT-in ofisinin heç bir təftişi aparılmır, ofis öz işini çox yaxşı yerinə yetirir.

"Mən irəliləyiş yollarını müzakirə etmək üçün buradayam. Biz azərbaycanlı dostlarımızın əməkdaşlığımızın çox yaxşı mərhələsinin olması fikirləri ilə razıyıq və müzakirələr əməkdaşlığımızın növbəti mərhələsinə keçidin yollarını əhatə edəcək", - Zannier qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan müzakirə ediləcək təkliflər irəli sürülüb və bu diskussiyalar nəticəsində müvafiq qərar qəbul ediləcək.

"Bu, yoxlama prosesi deyil, bundan sonra etməli olduğumuz barədə diskussiyadır", - baş katib deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti