...

Türkiyə prokurorluğu Turqut Özala qarşı sui-qəsddə günahlandırılan şəxsin adını açıqlayıb

Siyasət Materials 5 Aprel 2013 13:33 (UTC +04:00)
Türkiyə prokurorluğu ölkənin sabiq prezidenti Turqut Özala qarşı sui-qəsd işi üzrə tam ittiham mətnini hazırlayıb. Trend-in cümə günü "Star" qəzetinə istinadən verdiyi məlumata görə, mətndə əsas ittiham edilən şəxs qismində Türkiyə ordusunun istefada olan olan briqada generalı Levent Ersezin adı çəkilir.
Türkiyə prokurorluğu Turqut Özala qarşı sui-qəsddə günahlandırılan şəxsin adını açıqlayıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyə prokurorluğu ölkənin sabiq prezidenti Turqut Özala qarşı sui-qəsd işi üzrə tam ittiham mətnini hazırlayıb. Trend-in cümə günü "Star" qəzetinə istinadən verdiyi məlumata görə, mətndə əsas ittiham edilən şəxs qismində Türkiyə ordusunun istefada olan olan briqada generalı Levent Ersezin adı çəkilir.

İttiham aktı Ankara Cinayət Məhkəməsinə göndərilib və onun qəbul ediləcəyi təqdirdə, prokurorun Ersez üçün ömürlük həbs cəzası tələb edəcəyi gözlənilir.

Məlumata görə, general Ersez daha əvvəl "Ergenekon" təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti