...

Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Siyasət Materials 17 Aprel 2013 19:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.

"Ölkənizin qərbində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti