...

İlham Əliyev Süleyman Dəmirələ başsağlığı verib

Siyasət Materials 28 May 2013 15:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirələ başsağlığı verib.
İlham Əliyev Süleyman Dəmirələ başsağlığı verib

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirələ başsağlığı verib.

Başsağlığında deyilir: "Həyat yoldaşınız, ömür-gün dostunuz Nəzmiyə xanımın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Sizinlə birlikdə çiyin-çiyinə böyük həyat yolu keçmiş Nəzmiyə xanım həmişə yanınızda olmuş, ölkənizin çiçəklənməsi və xalqınızın rifahı naminə çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə mənəvi dəstək vermişdir. O, həm də Azərbaycanın yaxın dostu və sevimlisi idi.

Bu ağır anlarda mən və Mehriban xanım Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti