...

Gül: Türkiyə demokratiyası imtahan edilir

Siyasət Materials 13 İyun 2013 02:01 (UTC +04:00)
"Hüquq normalarımız yüksəldi, demokratik dəyərlərimiz artdı. Artıq Türkiyənin demokratik standartları Avropa ölkələri səviyyəsinə çatdı. Son günlərdə yaşadığımız olaylar Türkiyə demokratiyasının imtahan edilməsi anlamına gəlməlidir". Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Abdullah Gül deyib.
Gül: Türkiyə demokratiyası imtahan edilir

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"Hüquq normalarımız yüksəldi, demokratik dəyərlərimiz artdı. Artıq Türkiyənin demokratik standartları Avropa ölkələri səviyyəsinə çatdı. Son günlərdə yaşadığımız olaylar Türkiyə demokratiyasının imtahan edilməsi anlamına gəlməlidir". Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Abdullah Gül deyib.

Gül deyib ki, Türkiyə hərtərəfli şəkildə inkişaf edir və dəyişir.

"Bütün şəhərlərimiz dəyişir. İri yatırımlar edilir, inkişaf layihələri reallaşdırılır. Avropada böhrana görə insanlarən küçələrə axışdığı halda Türkiyə son 10 ildə iqtisadiyyatını 5 dəfə artırıb" - deyə Gül əlavə edib.

Türkiyə prezidenti deyib ki, hər kəs öz dövlətinin dəyərini bilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti