...

Türkiyədə beynəlxalq hərbi hava təlimləri keçirilib

Siyasət Materials 24 İyun 2013 15:24 (UTC +04:00)
İyun ayında Türkiyənin Konya vilayətində beynəlxalq hərbi hava təlimləri keçirilib.
Türkiyədə beynəlxalq hərbi hava təlimləri keçirilib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir A.Tağıyeva/

İyun ayında Türkiyənin Konya vilayətində beynəlxalq hərbi hava təlimləri keçirilib. Bu barədə Trend bazar ertəsi Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadə məlumat verir.

Təlimlərə BƏƏ, Səudiyyə Ərəbistanı və NATO-nun hərbi heyəti və texnikası cəlb edilib.

Bundan başqa, təlimlərdə BƏƏ-nin 6 ədəd "F-16" qırıcı təyyarəsi, Səudiyyə Ərəbistanının 8 ədəd "F-15" hərbi təyyarəsi iştirak edib. Türkiyə təlimlər üçün 8 ədəd "F-4E2020" tipli təyyarə, 27 ədəd "F-16" qırıcı, hərəsindən bir ədəd olmaqla "KC-135" yanacaqdoldurma təyyarəsi, "CN-235" və "C-130" təyyarələri təqdim edib. NATO-ya məxsus 2 ədəd "E-3A" tipli təyyarə də təlimlərə cəlb edilib.

Təlimlərdə hərbi heyətdən 1065 nəfər, o cümlədən 540 türk hərbçi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti