...

Meksika mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub

Siyasət Materials 18 İyul 2013 09:47 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun bu ölkənin yəhudi icmasının nəşr etdiyi “Kesher” qəzetinə müsahibəsi əsasında məqalə dərc edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi bildirib.
Meksika mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub

Azərbaycan, Bakı, 18 iyul / Trend, müxbir S.Əhmədova /

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun bu ölkənin yəhudi icmasının nəşr etdiyi "Kesher" qəzetinə müsahibəsi əsasında məqalə dərc edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi bildirib.

Məlumatda deyilir ki, məqalədə ölkəmizin coğrafi mövqeyi haqda məlumat verilərək, dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda olduğu bildirilərək, ölkəmizin həm əlverişli iqlimi, yeraltı və yerüstü təbii sərvətləri, həm də yerləşdiyi strateji əhəmiyyəti qeyd edilir.

Əhalisinin sayı 10 miliyona yaxın olan Azərbaycanın, eyni zamanda bir milyondan artıq qaçqınının olduğu bildirilərək, Azərbaycanın vaxtilə bölgənin ən əhəmiyyətli dövlətlərindən olan Alban dövlətinin varisi olduğu, həmçinin islam dünyasında ilk demokratik, dünyəvi, parlamentli respublikanın məhz Azərbaycanda qurulduğu, qadınlara səs vermə hüququnun ilk dəfə məhz ölkəmizdə təmin edildiyi məqalədə qeyd edilir.

Daha sonra məqalədə, Sovet hakimiyyətinin süqutundan sonra 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda hazırkı prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər nəticəsində işsizlik və cinayətkarlıq minimum səviyyəyə endirldiyi qeyd edilərək, Azərbaycanın demokratik və dünyəvi dövlət olduğu, əhalisinin 95 faizi müsəlman olan ölkəmizdə digər dini etiqadlara sahib insanlarn da dini, mədəni ayrıseçkilik olmadan bərabərhüquqlu şəkildə birgə yaşadığı, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğu, habelə zəngin və çoxmədəniyyətli ölkə olan Azərbaycanda savad və təhsilin də yüksək səviyyədə olduğu vurğulanır.

Azərbaycanın Avropa İtifaqı və İsrail ilə mövcud yaxşı münasibətlərindən bəhs edilərək, 1500 ildən bəri Azərbaycanda yəhudi icmasının yaşadığı, sinoqoqların fəaliyyət göstərdiyi, yəhudilərin ölkəmizin ictimai-siyasi həyatının müxtəlif sahələrində təmsil olunduqları, 2011-ci ildə Azərbaycanda daha yeni bir sinaqoqun da açıldığı, həmçinin İsrailin baş nazirinin bir müddət əvvəl Azərbaycana həyata keçirilmiş səfəri çərçivəsində iki ölkə arasında mövcud strateji, siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yolları barədə müzakirələrin aparıldığı məqalədə qeyd olunur.

Azərbaycanın terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyanın üzvü olması və onun sülhməramlı qüvvələrinin Kosovoda, Əfaqnıstanda və İraqda fəaliyyət göstərməsi də məqalədə öz əksini tapmışdır.

Məqalənin sonunda 5 ildən bəri Azərbaycanın Meksikada səfirliyinin fəaliyyət göstərdiyi, səfir İ.Muxtarovun məramının Azərbaycanı tanıtmaq və ölkəsinin başqa ölkələrlə münasibətlərini inkişaf etdirməkdən ibarət olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti