...

Azərbaycanla İran arasında bölgədəki hərbi-siyasi vəziyyət müzakirə olunub

Siyasət Materials 21 Avqust 2013 13:10 (UTC +04:00)
Müdafiə naziri Səfər Əbiyev İranın Azərbaycandakı səfiri ilə görüşüb.
Azərbaycanla İran arasında bölgədəki hərbi-siyasi vəziyyət müzakirə olunub

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İranın ölkəmizdəki səfiri ilə görüşüb.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayini qəbul edib.

Görüşdə bölgədə hərbi-siyasi vəziyyət və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti