...

Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dörd milyon manat pul ayrılıb

Siyasət Materials 22 Avqust 2013 18:46 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə sərəcam imzalayıb.
Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dörd milyon manat pul ayrılıb


Azərbaycan, Bakı, 22 avqust /Trend/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə sərəcam imzalayıb.

Sərəncamda deyilir ki, Balakən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərar alınır.

Dövlət başçısının digər sərəncamı ilə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması qərar alınıb.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti