Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/
Ədliyyə Nazirliyi Pentensiyar xidmətin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə məntəqəsində yaradılmış 36 saylı Xətai dördüncü seçki dairəsinin 33 saylı seçki məntəqəsində siyahı üzrə 346 nəfərdən saat 11:00-a qədər 80 nəfər səs verib. Bunu məntəqə seçki komissiyasının Suğra Ramazanova Trend-ə deyib.
Siyahı üzrə 346 nəfərdən 343-ü qadın, 3 nəfər isə yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan və 18 yaşı tamam olmuş şəxslərdir.
Səs verənlərdən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə azadlıqdan məhrum edilmiş məhkum Gözəlova Sevinc Oruc qızı bildirib ki, namizədlərin platforması ilə tanış olublar və bunun üçün onlara hər bir şərait yaradılıb. "Biz teledebatlara baxırdıq. Bizi Seçki Məcəlləsi ilə tanış ediblər. Özümüzə heç kim heç bir təqzyiq göstərməyib. Könüllü və azad şəkildə gəlib səs veririk."
Həmin seçki məntəqəsində səs verən 18 yaşlı Kənan Muradov da onlara hər cür şərait yaradıldığını və seçimlərində heç bir təzyiq göstərilmədiyini bildirib.