...

Azərbaycan seçicilərinin yarıdan çoxu səsvermədə iştirak edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 15:32 (UTC +04:00)
Bakı vaxtı ilə saat 15:00-a Azərbaycan Prezidenti seçkilərində 2 987 213 seçici səs verib.
Azərbaycan seçicilərinin yarıdan çoxu səsvermədə iştirak edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakı vaxtı ilə saat 15:00-a Azərbaycan Prezidenti seçkilərində 2 987 213 seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 58,05 faizidir.

Saat 15:00-a olan məlumatlara əsasən, Azərbaycanda keçirilən prezident seçkilərində ən böyük seçici aktivliyi 14 saylı Xəzər seçki dairəsində - 70,68 faiz, ən az seçici aktivliyi isə 17 saylı Yasamal üçüncü seçki dairəsində - 40,68 faiz - qeydə alınıb.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti