...

ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti : İlham Əliyev 82,7 faiz səslə seçkilərdə qalib gəlib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 20:03 (UTC +04:00)
ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti : İlham Əliyev 82,7 faiz səslə seçkilərdə qalib gəlib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/

ABŞ-ın "Arthur J.Finkelstein and Associates" şirkəti Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.

Trend xəbər verir ki, bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında "AJF and Assiciates.İnc" təşkilatının tərəfdaşı Corc Brinbaum bəyan edib ki, aparılan sorğu nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 82,7 faiz səslə seçkilərdə qalib gəlib.

"Exit-poll" sorğusunun nəticələri aşağıdakı kimi olub:

Ağazadə İqbal - 1,6%
Əliyev İlham - 82,7%
Əlizadə Araz - 1,2%
Hacıyev Hafiz - 0,7%
Həsənquliyev Qüdrət - 1,7%
Həsənli Cəmil - 8,8%
İsmayılov İlyas - 0,9%
Quliyev Fərəc - 0,9%
Məmmədov Sərdar -0,6 %
Oruc Zahid - 0,9%

"Exit-poll" respublikadakı 125 seçki dairəsindən 100-də 60336 nəfəri əhatə edib. Sorğu üçün müasir elmi metodlar əsasında, bir sıra mühüm parametrlər nəzərə alınaraq 835 məntəqə seçilib. Hər bir dairədə təsadüfi seçmə yolu ilə 10-a yaxın məntəqə müəyyən edilib.

Sorğunun nəticələri gün ərzində üç dəfə (11.00, 14.00, 17.00) Bakı şəhərində yerləşən baş ofisə telefon vasitəsi ilə catdırılıb. Alınan nəticələr kompüterlərdə dərhal SPSS proqramının köməyi ilə ümumiləşdirilib. Xüsusi, ASCİİ Proqramının köməyi ilə proses eyni zamanda "AJF&Associates,Inc." Təşkilatının ABŞ-dakı ofisində də izlənib və ümumiləşdirilib, Bakıdakı nəticələrlə müqayisə edilib. Bu, informasiyaların emalının şəffaf şəkildə həyata keçirilməsinin mühüm qarantıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti