...

İƏT Səudiyyə Ərəbistanının BMT TŞ-dəki yerindən imtina etməsini dəstəkləyir

Siyasət Materials 21 Oktyabr 2013 10:16 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu Səudiyyə Ərəbistanının BMT Təhlükəsizlik Şurasındakı (TŞ) yerindən imtina etməsini dəstəkləyir.
İƏT Səudiyyə Ərəbistanının BMT TŞ-dəki yerindən imtina etməsini dəstəkləyir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu Səudiyyə Ərəbistanının BMT Təhlükəsizlik Şurasındakı (TŞ) yerindən imtina etməsini dəstəkləyir. Bu barədə təşkilatın bazar ertəsi yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanının BMT TŞ-dəki yerindən imtina etməsi Şuranın öz ikili standartlar siyasətinin dəyişməsinə kömək etməlidir.

Xatırladaq ki, ötən həftənin cümə axşamı tarixi ərzində ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Səudiyyə Ərəbistanı "ikili standartlar" siyasəti və əsas beynəlxalq problemlərin həll olunmasında TŞ-nin işinin səmərəsizliyi səbəbindən qurumdakı yerindən imtina edib. Bu barədə Səudiyyə Ərəbistanı XİN-in yaydığı bəyanatda bildirilir.

BMT Təhlükəsizlik Şurası (TŞ) insanların düşüncəsində öz təsirini və gücünü itirir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Prezidentin sözlərinə görə, Səudiyyə Ərəbistanının BMT TŞ-dəki yerdən imtina etməsi doğru qərardır və daimi üzvlər bu barədə düşünməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti