...

Ukraynanın sabiq Prezidenti: Yanukoviç gələn il Aİ ilə sazişin imzalanması planını bəyənib

Siyasət Materials 10 Dekabr 2013 18:16 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviç hesab edir ki, Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında sazişi hazırlamağa başlamaq və sənədi 2014-cü ilin martında imzalamaq lazımdır.
Ukraynanın sabiq Prezidenti: Yanukoviç gələn il Aİ ilə sazişin imzalanması planını bəyənib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Ukrayna Prezidenti Viktor Yanukoviç hesab edir ki, Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında sazişi hazırlamağa başlamaq və sənədi 2014-cü ilin martında imzalamaq lazımdır.

Trend-in Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin sabiq Prezidenti Leonid Kravçuk yaranmış siyasi böhrandan çıxış yollarını axtarmaq üçün təşkil edilmiş "dəyirmi masa"da deyib.

L.Kravçukun sözlərinə görə, əgər Avropa Komissiyası və sazişin hazırlanıb tamamlanmasını müzakirə etmək üçün Brüsselə səfər etmiş Ukrayna nümayəndə heyəti indi işə başlasalar, saziş gələn ilin mart ayında imzalanacaq.

O, qeyd edib ki, V.Yanukoviç bu planı Ukraynanın sabiq 3 prezidenti - L.Kravçuk, Leonid Kuçma və Viktor Yuşenkonun iştirak etdiyi "dəyirmi masa"da bəyənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti