Azərbaycan, Bakı, 25 dekabr /Trend/
Ukraynada referendum keçiriləcəyi təqdirdə ölkə əhalisinin 49,1 faizi Avropa İttifaqına (Aİ) qoşulmağa səs verməyə hazırdır. Əhalinin 29,6 faizi isə Avropaya inteqrasiyanın əleyhinə səs verərdi. Trend-in Ukrayna KİV-ə istiinadən verdiyi məlumata görə, bu statistika "Sotsis" və "Reytinq" sosial araşdırmalar mərkəzlərinin keçirdiyi sorğunun nəticələrinə əsaslanır.
21,3 faiz isə hələ seçimini müəyyənləşdirməyib və ya belə referendumda iştirak etməyə hazır deyil. Seçimini müəyyənləşdirənlər arasında Aİ tərəfdarları 62,4 faiz təşkil edir.
Yaxın vaxtlarda Ukraynanın Gömrük İttifaqına daxil olması ilə bağlı referendum keçirilərsə, əhalinin 32,5 faizi bunu dəstəkləyər, 41,9 faizi lehinə səs verərdi.