...

Suriya müxalifəti "Cenevrə-2" konfransında iştirak edəcək

Siyasət Materials 19 Yanvar 2014 00:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Suriya inqilabi qüvvələri və müxalifətinin Milli Koalisiyasının 58 üzvü "Cenevrə-2" konfransında iştirakın lehinə səs veriblər. Trend xəbər verir ki, bu barədə koalisiyanın mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.

Səsvermə bu gün İstanbulda koalisiyanın Baş Assambleyasının iclası çərçivəsində keçirilib.

Təşkilatın mətbuat katibi Sara Karkur bildirib ki, gizli səsvermə nəticəsində koalisiyanın Cenevrə konfransında iştirak etməsi barədə qərar qəbul edilib: "Belə ki, 73 üzvdən 58-i lehinə, 14-ü isə əleyhinə səs verib".

Qeyd edək ki, Suriya probleminin həlli üzrə "Cenevrə-2" konfransı yanvarın 22-də İsveçrənin Montrö şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti