...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq sərgidə iştirak edəcəklər

Siyasət Materials 22 Mart 2014 10:01 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq sərgidə iştirak edəcəklər

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 24-dən 27-dək Doha şəhərində (Qətər) "DIMDEX-14" sərgisi keçiriləcək.

Bundan əlavə, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən martın 25-dən 28-dək Kaunas şəhərində (Litva) "Döyüş şəraitində yaralıların müalicəsi" kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti