...

Davudoğlu: Türkiyə 3 il ərzində Aİ-nin vizasız rejim üzrə tələblərini yerinə yetirəcək

Siyasət Materials 29 Mart 2014 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Türkiyə üç il ərzində Avropa İttifaqının (Aİ) vizasız rejimə keçməyə dair tələblərini yerinə yetirəcək və nəticədə Türkiyə vətəndaşları Avropaya vizasız gedə biləcəklər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu seçkiqabağı mitinqdə bildirib.

O, həmçinin əlavə edib ki, martın 30-da Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ölkənin gələcəyi üçün həlledici əhəmiyyətə malikdir.

Qeyd edək ki, Türkiyə ilə Avropa İttifaqı arasında readmissiya haqqında saziş ötən il dekabrın 16-da imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti