...

Azay Quliyev: Ukraynanın güclü bir liderə ehtiyacı var

Siyasət Materials 8 Aprel 2014 13:57 (UTC +04:00)
Bu gün Ukrayna hakimiyyətindəki yaşanan pərakəndəlik ölkədəki böhranın aradan qaldırılmasına və siyasi stabilliyin təmin edilməsinə mane olur.
Azay Quliyev: Ukraynanın güclü bir liderə ehtiyacı var

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Mehdiyev/

Ukraynanın hazırkı hakimiyyəti ölkədəki siyasi vəziyyətə tam nəzarət edə bilmir. Trend-in məlumatına görə, bunu ATƏT PA-nın Kopenhagende keçirilən büro iclasında Ukraynadakı böhran müzakirə edilən zaman Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin sədr müavini Azay Quliyev çıxışında deyib.

A.Quliyev çıxışında Ukraynanın hazırkı hakimiyyətini ciddi tənqid edərək bildirib ki, ölkənin şərqində baş vermiş hərc-mərclik və qarışıqlıq Ukrayna rəhbərliyinin vəziyyəti normallşdırmaq üçün qətiyyətli addım ata bilməməsinin nəticəsdir: "Bu gün Ukrayna hakimiyyətindəki yaşanan pərakəndəlik ölkədəki böhranın aradan qaldırılmasına və siyasi stabilliyin təmin edilməsinə mane olur. Reallıq ondan ibarətdir ki, xalqı öz ətrafında birləşdirən, siyasi vəziyyətə nəzarəti tam üzərinə götürən, ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü bir liderə Ukraynanın çox ehtiyacı var. ATƏT öz mandatı çərçivəsində Ukraynada siyasi sabitliyin təmin olunması üçün əlindən gələn etməli və mayın 25-də keçirilən prezident seçkilərinin tam demokratik və şəffaf keçirilməsinə öz töhfəsini verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti