Azərbaycan, Bakı, 28 may /Trend, müxbir S.Ağayeva/
Нər il olduğu kimi, bu il də 28 may - Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfıri Vəhdət Sultan-zadənin Türkmənistanın mərkəzi qəzeti olan "Neytralnıy Turkmenistan" qəzetinin 28.05.2014-cü il tarixli nömrəsində ADR və müasir Azərbaycan Respublikasının tarixinə, bu gününə, əldə edilmiş nailiyyətlərinə həsr edilmiş geniş məqaləsi dərc edilib.
Azərbaycanın Türkmənistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Turkmənistan ictimaiyyəti tərəfindən maraqla qarşılanan məzmunlu məqalədə ölkəmizlə bağlı bir sıra tarixi faktlar, müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılması və beynəlxalq aləmdə özünəməxsusnüftız əldə etməsində ümummilli lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin rolu, ölkəmizin iqtisadi inkişaf göstəriciləri, Azərbaycan-Türkmənistan münasibətlərinin bu günkü səviyyəsi və digər məsələlər ifadə edilib.