...

Putin: Kiyev qazın qiyməti üzrə təklifi rədd etsə, münasibət dəyişəcək

Siyasət Materials 11 İyun 2014 17:56 (UTC +04:00)
Ukrayna Rusiyanın qazla bağlı təklifini rədd edərsə, o zaman "münasibət başqa mərhələyə keçəcək". Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Putin: Kiyev qazın qiyməti üzrə təklifi rədd etsə, münasibət dəyişəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Ukrayna Rusiyanın qazla bağlı təklifini rədd edərsə, o zaman "münasibət başqa mərhələyə keçəcək". Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

V.Putin bu gün hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda bildirib: "Hesab edirəm ki, təklifimiz tərəfdaşlıqdan daha artıqdır və Ukrayna iqtisadiyyatını çətin dövründə dəstəkləməyə yönəlib".

Prezident əlavə edib: "Əgər təklifimiz rədd edilsə, deməli, biz tamamilə başqa mərhələyə keçəcəyik. Bu bizim seçimimiz deyil, biz bunu istəmirik. Əgər belədirsə, onda başqa ölçülərdə yaşayacağıq".

Onun sözlərinə görə, Rusiya Ukraynaya Viktor Yanukoviçin hakimiyyəti dövründə olduğu kimi qaz üzrə qiymətlər təklif edib - müqavilə qiymətinə endirim və min kubmetrə 385 dollar yekun qiymət.

Bütün endirimlərin ləğvindən sonra Ukrayna üçün Rusiya qazının indiki qiyməti min kubmetr üçün 485 dollar təşkil edir. Kiyev Ukraynanın əvvəlki hakimiyyəti ilə keçən ilin sonunda əldə olunmuş bir sıra iqtisadi razılaşmalar paketindəki bu ilin birinci rübündə qüvvədə olmuş min kubmetr üçün 268,5 dollar qiyməti qaytarmağı tələb edir. Rusiya tərəfi 268,5 dolları qətiyyən bazar qiyməti hesab etmir. Avropa Komissiyası qiymətlərin 350-380 dollar civarında müəyyən edilməsini təklif edir ki, bu da Avropa bazarında qazın qiymətinə uyğundur.

Qeyd edək ki, bu gün Brüsseldə Rusiya-Ukrayna-Aİ formatında üçtərəfli danışıqların növbəti raundu keçirilir. Danışıqların yekunu hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti