Gürcüstan, Tbilisi, 29 iyul /Trend, müxbir Nana Kirsxaliya/
Gürcüstan Prezidentinin müşaviri Sopio Şamanidi Gürcüstandakı erməni kilsəsinin yepiskopu Vazgen Mirzəxanyanla görüşüb.
Prezident Administrasiyasından Trend-ə verilən məlumata görə, görüşdə tərəflər erməni kilsəsinin problemlərini və milli azlıqlarla bağlı vəziyyəti müzakirə ediblər.
Xanım S.Şamanidi yepiskopla iyulun 19-da erməni kilsəsində ermənilərlə gürcülər arasında yaşanmış insidenti də müzakirə edib.
Tərəflər zorakılığı pisləyib və istintaqın tezliklə başa çatacağına ümid etdiklərini bildiriblər.