...

XİN: Xəzər sammitində imzalanmış sənədlər Azərbaycanın maraqalarına cavab verir

Siyasət Materials 30 Sentyabr 2014 17:39 (UTC +04:00)
Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində imzalanmış sənədlər Azərbaycanın milli maraqlarına tam uyğun gəlir və ölkə qanunvericiliyinə zidd deyil.
XİN: Xəzər sammitində imzalanmış sənədlər Azərbaycanın maraqalarına cavab verir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində imzalanmış sənədlər Azərbaycanın milli maraqlarına tam uyğun gəlir və ölkə qanunvericiliyinə zidd deyil. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, razılaşmaların əsas prinsipləri olan silahlanmanın sabit balansının yaradılması, dənizdə hərbi təlimlər zamanı bir-birinin maraqlarını nəzərə almaq, qarşılıqlı etimad tədbirlərinə riayət Azərbaycanın maraqlarına cavab verir.

Qeyd edək ki, sentyabrın 29-da Həştərxanda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.

Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında saziş imzalanıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin bəyanatını imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti