...

İlham Əliyev Fələstin Prezidentini təbrik edib

Siyasət Materials 14 Noyabr 2014 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Fələstin Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti