...

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Siyasət Materials 11 May 2015 18:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin və səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəli olacağına əminliyini bildirdi. Ölkələrimizin hüquq mühafizə orqanları arasında münasibətlərin uğurlu inkişafına toxunan Prezident İlham Əliyev müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının, qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Faşizm üzərində Qələbənin 70 illiyinin Azərbaycanda yüksək səviyyədə keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirlərin Qələbənin qeyd olunması ənənələrinin davam etdirilməsi və tarixi ədalətin qorunub saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması baxımından önəmini vurğuladı.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Nikolay Patruşev ölkəmizə səfərinin ilk saatlarından başlayaraq Bakıda böyük abadlıq və quruculuq işlərinin yüksək keyfiyyətlə aparılmasının şahidi olduqlarını dedi. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Nikolay Patruşev yüksək səviyyəli görüşlərin, o cümlədən Azərbaycan və Rusiya prezidentlərinin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Moskvadakı təmaslarının ikitərəfli münasibətlərimizin genişləndirilməsi və əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə toxunan rusiyalı qonaq Ulu Öndərin böyük dövlət və siyasi xadim olduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında onun müstəsna xidmətlərini xüsusi qeyd etdi. Birinci Avropa Oyunlarına toxunan Nikolay Patruşev bu tədbirin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti