...

İran səfirliyinin yeni mətbuat xidməti təqdim olundu

Siyasət Materials 12 Oktyabr 2015 13:15 (UTC +04:00)
Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyim üç il ərzində media ilə yaxından əlaqə qurmağa çalışmışam.
İran səfirliyinin yeni mətbuat xidməti təqdim olundu

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

"Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyim üç il ərzində media ilə yaxından əlaqə qurmağa çalışmışam. Səfirliklə media arasında ötən dövr ərzində yaxın əlaqələr qurulub. Bu səbəbdən də iki ölkə arasında anlaşılmazlıq aradan qaldırılıb, qarşılıqlı etimad yaranıb". Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu işdə səfirliyin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmməd Ayətullahinin xüsusi rolu olub: "Bu günlərdə onun Azərbaycanda missiyası bitir və İrana qayıdır".

Səfir xatırladıb ki, ötən müddət ərzində İranın müxtəlif regionlarına doqquz səfər təşkil olunub ki, bu səfərlərdə 80-ə yaxın KİV nümayəndəsi iştirak edib: "Hazırda 10-cu heyətin göndərilməsi planlaşdırılır".

M.Pakayin qeyd edib ki, səfirliyin yeni mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi İranın Astara şəhərindəndir, Azərbaycan dilini yaxşı bilir: "12 ildir diplomatiya sahəsində çalışan Nəcəfi Pakistanda, daha sonra üç il ərzində İranın Naxçıvan Muxtar Respublikasındakı konsulluğunda işləyib. İran XİN-də Beynəlxalq təşkilatlar, İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb".

S.M.Ayətullahi Azərbaycanda çalışdığı dövrdə media ilə çox sıx əlaqələr qurulduğunu deyib və media nümayəndələrinə təşəkkürünü bildirib.

M.R.Nəcəfi isə Azərbaycan xalqına və jurnalistlərə salamlarını çatdırıb, Bakıda işə başlamasından məmnunluğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti