...

İlham Əliyev: Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir

Siyasət Materials 14 Fevral 2016 14:54
Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə, birinci addım torpaqların işğaldan azad edilməsidir, sonra isə biz əməkdaşlığa başlayacağıq
İlham Əliyev: Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir

Trend-i buradan izləyin

Bakı. Trend:

Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə, birinci addım torpaqların işğaldan azad edilməsidir, sonra isə biz əməkdaşlığa başlayacağıq. Bu fikirləri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?" mövzusunda keçirilən panel-müzakirə zamanı deyib.

Ölkə başçısı bildirib: "Bir aydan da az müddət öncə Strasburqda Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən qətnamədə bu məsələ üzrə çox vacib elementə diqqət yönəldilir və xüsusilə su resurslarının idarə edilməsi ilə bağlı törətdiyi problemlərə görə Ermənistanın üzərinə məsuliyyət qoyulur. Buna görə, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması üçün torpaqların işğaldan azad edilməsi prosesinə başlanılmalıdır. Etimadın artırılması üçün ən yaxşı yol torpaqların işğaldan azad olunmasına başlamaqdır. Çünki təkcə tarixən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ yox, 7 ətraf rayon da tamamilə məhv edilib. İşğal 20 ildən artıqdır ki, davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti