...

Qətərin Əmiri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 7 Mart 2016 21:38 (UTC +04:00)
Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Qətərin Əmiri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. Trend:

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətərin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əmir Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti