...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İranın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 10 Mart 2016 18:29 (UTC +04:00)
Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İranın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycan ilə İran arasında uğurlu əməkdaşlıqdan danışaraq, siyasi sahədəki münasibətlərin hər iki ölkənin inkişafına xidmət etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin mövcud əlaqələri daha da möhkəmləndirdiyini vurğuladı. Mehriban Əliyeva gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirdi.

Heydər Əliyev Fondunun ölkələr arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edən Fondun prezidenti qurumun humanitar əməkdaşlığa xüsusi önəm verdiyini vurğuladı. Mehriban Əliyeva gələcəkdə iki ölkə arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Səfir Möhsün Pakayin iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini dedi. O, ölkələrimiz arasında tarixi və mədəni bağlılıqdan danışdı. Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu qeyd edən səfir Fondun gördüyü işləri yüksək qiymətləndirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti