Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan, Rusiya və İran prezidentlərinin avqustda Bakıda keçiriləcək görüşü zamanı "Şimal-Cənub" dəmir yolu nəqliyyat dəhlizi layihəsi müzakirə olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə brifinqdə deyib.
Onun sözlərinə görə, bu layihənin çox böyük iqtisadi perspektivi var.
E.Məmmədyarov qeyd edib ki, dövlət başçılarının görüşünün dəqiq tarixi avqustda müəyyən olunacaq.