...

PA rəsmisi: Bəzi müsəlman ölkələrinin Ermənistanla əlaqə saxlaması İslamın ruhuna ziddir

Siyasət Materials 20 Aprel 2017 12:44 (UTC +04:00)
Bəzi müsəlman ölkələrinin Ermənistanla müxtəlif sahələrdə əlaqə saxlaması İslamın ruhuna ziddir.
PA rəsmisi: Bəzi müsəlman ölkələrinin Ermənistanla əlaqə saxlaması İslamın ruhuna ziddir

Bakı. Samir Əli - Trend:

Bəzi müsəlman ölkələrinin Ermənistanla müxtəlif sahələrdə əlaqə saxlaması İslamın ruhuna ziddir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.

Onun sözlərinə görə, həmin dövlətlər müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən Ermənistanla əməkdaşlıq edirlər:

"Azərbaycanın işğal altındakı ərazilərində olan məscidləri, qədim tarixi abidələri dağıdan bir işğalçı ölkə ilə əməkdaşlıq etmək digər müsəlman ölkəsinə yaraşmır. İşğalçı dövlətlə əməkdaşlıq etmək İslam həmrəyliyini pozmaq deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti