...

Düşənbədə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib (FOTO)

Siyasət Materials 11 May 2017 11:09 (UTC +04:00)
Mayın 10-da Azərbaycanın Düşənbədəki səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilmiş geniş tədbir keçirilib.
Düşənbədə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib (FOTO)

Bakı. Trend:

Mayın 10-da Azərbaycanın Düşənbədəki səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilmiş geniş tədbir keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin foyesində azərbaycan, rus və ingilis dillərində pres-relizlər və Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş, millət vəkili Elmira Axundovanın 7 cilddən ibarət “Şəxsiyyət və zaman” və Nikolay Zenkoviçin “Ziqzagi jizni” adlı kitablarının səfirlik tərəfindən tacik dilinə tərcümə olunmuş və nəşr edilmiş nüsxələri nümayiş etdirilib və paylanılıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar keçirilən tədbirdə Düşənbə şəhərində akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanın millət vəkilləri, dövlət məmurları, bir sıra universitetlərin rektorları, alimlər, mədəniyyət xadimləri, Tacikistanda yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər. Tədbir səfirliyin əməkdaşları və gələn qonaqların Ulu Öndər Heydər Əliyevin səfirliyin həyətində ucaldılmış büstünün önünə güllərin qoyulması ilə başlayıb.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyəti barədə geniş məlumat verib. A.Həsənov deyib ki, Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olduğu dövrdə, Mərkəzi Asiya respublikalarının inkişafına xüsusi diqqət yetirirdi. Keçmiş Tacikistan SSR-də infrastruktur və sosial yönümlü obyektlərin tikilməsində, o cümlədən, Düşənbə-Kulyab dəmir yolu, Düşənbə şəhər Diaqnostika Mərkəzi, bir sıra sənaye müəssisələri, təhsil və mədəniyyət mərkəzlərinin tikilməsi üçün Sovet İttifaqı Nazirlər Sovetinin qərarını verilməsində mühüm rolu olduğunu tədbir iştirakçılarına bildirib.

Səfir A.Həsənov çıxışında bildirib ki, Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkənin üzləşdiyi problemləri aradan qaldırmağa başladı. Vətəndaş müharibəsinin qarşısını alqaraq, Azərbaycan xalqının və dövlətinin məhv olmaqdan xilas etdi. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, M.Qorbaçovun həyata keçirdiyi “yenidənqurma” nəticəsində ölkədə fəaliyyətini dayandırmış zavod və fabriklər, işsizlik və ölkədə ayrı-ayrı hərbi dəstələrinin vətəndaş müharibəsinə gətirib çıxaracaq fəaliyyəti, ölkənin iqtisadiyyatını iflic vəziyyətinə qoymuşdur. Dövlətin büdcəsi yox vəziyyətində, valyuta ehtiyatları yox idi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edirdi. H.Əliyevin qarşısında mühüm məslələr dururdu. Ordu yaratmaq, ölkə iqtisadiyyatını ayağa qaldırmaq, sosial məsələləri həll etmək, ölkənin təhlükəsizliyini təmin etmək və s. Bütün bu məsələləri həll etmək üçün H.Əliyev neft strategiyasını işə saldı. Ulu Öndər ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq, qardaş qırğınına son qoydu, ölkədə bütün sahələri əhatə edən islahatlara başladı. Ölkədə stabillik yaranandan sonra, xarici investorların ölkəyə cəlb edilməsi siyasəti nəticəsində ölkədə inkişaf prosesi başladı. 20 sentyabr 1994-cü ildə isə 8 ölkənin 13 ən məhşur şirkətinin iştirakı ilə “Əsrin Müqaviləsi” imzalandı. Bu dövrdən Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. 1999-cu ildə isə Bakı-Supsa neft kəmərinin tikilib istismara verilməsi nəticəsində Azərbaycan nefti Avropa bazarına çıxış əldə etdi. Bütün bu böyük layihələrin memarı Ulu Öndər Heydər Əliyev olmuşdur. 2002-ci ildə özülü qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri məhz Ulu Öndərin adını daşıyır.

H.Əliyevin idarə etdiyi Azərbaycan dünya siyasətində mühüm yer tutdu, dünyanın böyük siyasi qüvvələri Azərbaycanla hesablaşmağa başladılar. H.Əliyev dövlətinin xöşbəxt gələcəyini təmin etmək üçün strategiya həyata keçirdi. Bu strategiya bugün Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən böyük ustalıq və məharətlə həyata keçirilir. Məhz bunun nəticəsində Azərbaycan regionun ən sürətlə inkişaf edən və güclü iqtisadiyyata mailk olan dövlətinə çevrildi.

Daha sonra Özbəkistanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Şokasım Şoislomov çıxış edərək bildirdi ki, Özbəkistan xarici işlər nazirinin müavini vəzifəsində işlədiyi dövrdə H.Əliyevin Özbəkistana səfərinin hazırlığında yaxından iştirak ertmiş, dəfələrlə mərhum prezident İslam Kərimov və Heydər Əliyev arasında keçirilən görüşlərin iştirakçısı olmuşdur.

Tacikistanın İran İslam Respublikasındakı keçmiş səfiri Ramazan Mirzoyev söz alaraq, 19 il bundan öncə, 1998-ci ildə Tacikistan tərəfindən nümayəndə heyətinin başçısı kimi, Ulu Öndər Heydər Əliyevin 75 illik yubilyində iştirakını məmnunluq hissi ilə xatırladı və H.Əliyevlə keçirilən görüş haqqında xatirələrini bölüşdü.

Tacikistanın tanınmış elm xadimi, akademik Karamatulla Olimov bildirdi ki, TR-in Mədəniyyət naziri işlədiyi dövrdə MDB ölkərinin nazirlərinin Bakıda keçirilən iclası zamanı H.Əliyev nazirləri qəbul etmişdir. Həmin görüşdə H.Əliyev K.Olimova bildirib ki. E.Rahmon müxalifət ilə danışıq apararaq, milli barışa nail olmuşdur. Bu E.Rahmonun ən böyük qələbəsi deməkdir.

Müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycanın ilk illərdə keçdiyi yol çox ağır və keşməkeşli idi. Lakin H.Əliyevin hakimiyyətə gəlişinin nəticəsi olaraq, Azərbaycan güclü, inkişaf etmiş və müasir bir dövlətə çevrilmişdir. Həmçinin K.Olimov müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Tacikistanın vətəndaş müharibəsi ilə üzləşdiklərini bildirərək qeyd etdi ki, hər iki xalqın düzgün seçimi nəticəsində, H.Əliyev və E.Rahmon dövlətlərini inkişaf yoluna yönəltdilər.

Sonra A.Konçalovskinin 2 hissədən ibarət “Bremya vlasti” adlı sənədli filmi nümayiş etdirilib. Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi verilib. Tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalı tərəfindən reportaj hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti