...

Zaxarova Bakı və Moskva arasındakı münasibətlərin son vəziyyətindən danışdı

Siyasət Materials 25 May 2017 16:36 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya Azərbaycanla sıx münasibətləri dəstəkləyir və onları siyasi, iqtisadi, humanitar sahələrdə inkişaf etdirir.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman Rusiya xalqına yaxın olub və bu cür olmaqda davam edəcək: “Biz Bakı və Azərbaycan xalqı ilə qurduğumuz münasibətləri hər hansı bir beynəlxalq amillə bağlamırıq. Əlbəttə ki, biz, Azərbaycan tərəfi ilə beynəlxalq məsələləri, regional məsələləri və problemləri müzakirə edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti