...

Avropa Parlamenti Ermənistanın Alxanlıdakı son təxribatı ilə bağlı bəyanat yayıb

Siyasət Materials 6 İyul 2017 19:57 (UTC +04:00)
Avropa Parlamentinin komitə sədrləri iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törətdikləri təxribatla bağlı bəyanat yayıblar.
Avropa Parlamenti Ermənistanın Alxanlıdakı son təxribatı ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Avropa Parlamentinin komitə sədrləri iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törətdikləri təxribatla bağlı bəyanat yayıblar.

Trend-in məlumatına görə, Avropa Parlamentinin təmsilçiləri bu həftə Ermənistan və Azərbaycan arasında baş verən güc tətbiqindən narahat olduqlarını bildiriblər.

Bəyanat müəllifləri münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti