• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Vakant vəzifə yerlərini gizlədən dövlət orqanlarına məktublar göndərilib

30 Noyabr 2017 14:52 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərib.

Trend-in məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şuranın iclasında deyib.

Onun sözlərinə görə, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur:

"Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib".

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən M.Abbaszadə bildirib ki, bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə DİM dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilmirdi: "Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunub və Mərkəz bu imtahanların keçirilməsinə başlayıb. Belə ki, 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanıb".

M.Abbaszadə qeyd edib ki, 17 dekabr 2017-ci il tarixdə isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edilib: "Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanları əsasında aparılmayacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Məleykə Abbaszadə
Azernews Newspaper
Digər xəbərlər
Rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib
Cəmiyyət 17 Aprel 12:38
Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verməli olacaq
Cəmiyyət 17 Aprel 11:47
Məleykə Abbaszadə: Azərbaycanda buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq
Cəmiyyət 17 Aprel 11:44
Məleykə Abbaszadə: Rəhbər vəzifələrə qəbul imtahanlarında az namizəd iştirak edir
Cəmiyyət 17 Aprel 11:02
Məleykə Abbaszadə qəbulda çətinlik yaradan daha bir amili açıqladı - NƏ?
Cəmiyyət 3 Aprel 17:45
Məleykə Abbaszadə: Bəzi namizədlər sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib
Cəmiyyət 5 Mart 17:46
Məleykə Abbaszadə: “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb
Cəmiyyət 23 Yanvar 16:06
Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir
Gündəm 18 Yanvar 12:45
Məleykə Abbaszadə: Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək
Cəmiyyət 18 Yanvar 11:21
Builki IX siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? - RƏSMİ CAVAB
Cəmiyyət 12 Yanvar 16:47
Məleykə Abbaszadə: Avadanlıqların alınması, proqram təminatının yenilənməsi də imtahan qiymətinə daxil edilməlidir
Cəmiyyət 28 Dekabr 2017 10:29
Məleykə Abbaszadə: Çox vaxt gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər
Cəmiyyət 28 Dekabr 2017 10:14
Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur
Cəmiyyət 25 Dekabr 2017 11:51
Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?
Cəmiyyət 9 Dekabr 2017 07:46
Məleykə Abbaszadə: Ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır
Cəmiyyət 2 Dekabr 2017 08:00
Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar
Cəmiyyət 30 Noyabr 2017 15:27
Məleykə Abbaszadə: Yüksək nəticə göstərənlərin sırasında qızların sayı çoxalıb
Cəmiyyət 9 Oktyabr 2017 12:37
Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq?
Cəmiyyət 22 Sentyabr 2017 14:05
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter