...

Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər (ÖZƏL)

Siyasət Materials 2 Fevral 2018 11:15 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər.
Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər (ÖZƏL)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıda rəsmilərlə görüşü fevralın 7-nə planlaşdırılıb.

Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

Bundan sonra həmsədrlər Yerevana səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti