...

Mogerini: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatacaq

Siyasət Materials 9 Fevral 2018 14:30 (UTC +04:00)
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatacaq
Mogerini: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatacaq

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatacaq.

Trend-in məlumatına görə, bunu Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekununda Aİ-nin ali komissarı Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransı zamanı deyib.

F.Mogerini bildirib ki, E.Məmmədyarovla görüş Azərbaycanla Aİ arasında əməkdaşlığın genişlənməsinə əlavə stimul verib: “Azərbaycan Prezidenti İlham Əliyevin ötənilki səfəri ikitərəfli əməkdaşlıq çərçivəsində vacib hadisə idi. Biz qarşımızdakı maneələrin öhdəsindən gəlməli, eləcə də yeni imkanlardan istifadə etməliyik”.

Ali komissar vurğulayıb ki, Azərbaycan təşkilatın vacib tərəfdaşıdır və Aİ Azərbaycanın ən iri xarici investoru və ticarət tərəfdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti